Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın mərkəzi qərargahında ATƏT-in Seçkiləri Müşahidə Missiyasının başçısı səfir xanım Odri Qlover, seçki məsləhətçisi Drey Nuslop və siyasət üzrə təhlilçi Marian Qabriellə görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə görüşdə ölkədə seçkiqabağı vəziyyət, demokratiya və insan haqları ilə bağlı məsələlər, o cümlədən Seçki Məcəlləsindəki qüsurlar, seçki kampaniyası dövründə baş verən qanunsuzluqlar, siyasi məhbus problemi, həbsdə olan blogerlər haqqında və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə müzakirə aparılıb. Görüşdə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və Müsavat Partiyası Seçki Departamentinin müdiri Gülağa Aslanlı da iştirak edib.