Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Qərb dövlətlərindən rus diplomatlarının kütləvi qovulmasına sərt reaksiya verib.
Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, Narışkin diplomatların kütləvi sürgününü "çirkin və alçaq təxribat” adlandırıb: "Cavabımız adekvat və kifayət qədər sərt olacaq”.
Onun sözlərinə görə, çıxarılmış diplomatların arasında xarici kəşfiyyat xidmətinin zabitləri də var. Narışkin onların sayının çox az olduğunu vurğulayıb: "Bu zabitlər Rusiya səfirliklərinin təhlükəsizliyinin təmini ilə məşğul olurdular”.