İndiyədək Mərkəzi Seçki Komissiyasında 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.

Bu barədə Mia.az-a Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

MSK rəsmisi bildirib ki, indiyədək 53 min 366 yerli müşahidəçi də akkreditasiyadan keçib.

"Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib”.

Şahin Əsədli həmçinin qeyd edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.