Türkiyə "Skripalın işi” üzrə Rusiyaya qarşı hər hansı tədbir görmək niyyətində deyil.

Bunu Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ deyib. 

O, Türkiyə ilə Rusiyanın hazırda yaxşı münasibətdə olduğunu bildirib.

"Sabiq agentlə bağlı böhran Rusiya və Böyük Britaniyanın münasibətlərinə aiddir. Tərəflər özləri problemi həll etməlidirlər. Türkiyə Rusiyaya qarşı tədbir görmək niyyətində deyil. Rusiya ilə yaxşı münasibətlərimiz var”, - deyə B.Bozdağ vurğulayıb

Qeyd edək ki ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə rusiyalı diplomatları ölkədən çıxaracaq.