Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı MİA-ya açıqlamasında bildirib ki, toplantıda seçki komissiyalarında Müsavat Partiyası üçün ayrılmış yerlərə nümayəndələr təyin etmək barədə qərar qəbul olunub. Onun sözlərinə görə, iclasda Mərkəzi Seçki Komissiyasındakı iki yerə göndəriləcək şəxslər müəyyənləşdirilib: "Müsavat Partiyasının Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv Ənvər Əliyev Müsavatı MSK-da təmsil edəcəklər. Divanın qərarına əsasən, müxalifətdən olan MSK katibi vəzifəsinə də Gülağa Aslanlının namizədliyi irəli sürülüb. Ənvər Əliyev isə üzv olacaq".