Rusiyanın 3 səfiri fəaliyyət göstərdikləri ölkələrin Xarici İşlər nazirliklərinə çağırılıblar.

Mia.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev XİN-ə dəvət olunub. Bu barədə səfirliyin mətbuat xidmətindən bildirilib.

Eyni zamanda, Rusiyanın Latviya və Litvadakı səfirləri də adıçəkilən ölkələrin XİN-inə çağırılıblar.

Məsələ ilə bağlı ətraflı məlumat verilmir.