Türkiyə prezidenti Ərdoğan Suriyanın Menbiç bölgəsində hücumla bağlı ordu rəhbərliyi ilə fikir mübadiləsi apardıqlarını bəyan edib.
Mia.az xəbər verir ki, lideri olduğu AKP-nin konqresində çıxış edən Ərdoğanın sözlərinə görə, Afrindən sonra sıranın Menbiç olduğu heç kim üçün sirr deyil:
"Məndən soruşsanız ki, Menbiçə ehtiyac varmı? Əlbəttə, var. Və bununla bağlı hazırda ordu rəhbərliyi ilə müzakirə içindəyik. Əgər ordu da "bəli Menbiçə də mütləq ehtiyac var" deyərsə, ölkə olaraq birlikdə hərəkətə keçəcəyik".
Mia.az