Hakim Yeni Azərbaycan Partiyası (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən yeni namizəd irəli sürüb. MSK-nin Seçkilər İnformasiya Mərkəzindən MİA-ya verilən məlumata görə, YAP Gülər Əhmədovanın yerinə Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyevin namizədliyini həmin dairədən irəli sürüb. Qeyd edək ki, həmin dairədən AXCP Müsavat seçki blokunun namizədi İsa Qəmbərdir. Xatıqrladaq ki, iki gün öncə bu dairədən YAP-ın digər namizədi, millət vəkili Gülər Əhmədova öz namizədliyini geri götürərək başqa dairəyə üz tutub.