Türk ordusu Afrin şəhərində daha bir itki verib.
Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, terrorçuların əvvəldən qurduğu gizli minaların zərərsizləşdirilməsi zamanı onlardan biri partlayıb.
Partlayış nəticəsindəTürkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb.
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı təsdiq edib.
Bildirilir ki, yaralılar Hatay Dövlət Xəstəxanasına çatdırılıb.
Mia.az