Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində rejissor Nicat Feyzullayevin ?Azərbaycan rəngkarlığının kraliçası? sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ?Yaddaş? studiyasında çəkilmiş film ötən əsrin ortalarında yaşayıb- yaratmış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədovaya həsr olunub. Sənədli ekran əsərinin ssenari müəllifi Aqşin Mirfeyzullazadə, operatoru Nizami Abbasdır.