Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.
Mia.az Trend-ə istinadən xəbər verir ki, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib.
İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733.
Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.
Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub.