Keçən il xəstəliyi səbəbindən aktyorluğu buraxan məşhur amerikalı aktyor Bryus Uillisə demensiya (unutqanlıq, yaddaşsızlıq) diaqnozu qoyulub.
Mia.az xarici mətbuata istinadla xəbər evrir ki, bu barədə məşhur aktyorun ailəsi yazılı açıqlama yayıb.
Ailəsi bildirib ki, aktyorun səhhhətində yaranan problem son aylar daha da ciddiləşib: "Büüs artıq ünsiyyət qurma qabiliyyətini belə itirib...".
Açıqlamaya görə, aktyorun xəstəliyinin müalicəsi mümkünsüzdür: "Həkimlər artıq 67 yaşlı aktyorun xəstəliyinin müalicəsinin olmadığını deyir. Ümid edirik ki, gələcək illərdə bu diaqnoz dəyişə bilər. Zaman-zaman Bryusun səhhəti ilə bağlı maraqlanan media orqanlarına açıqlama verəcəyik".
Xatırladaq ki, Bryus 2022-ci ilin martında aktyorluğa son verdiyini açıqlayıb.
1970-ci illərin sonlarında Broadvayda aktyorluğa başlayan Uillis yarım əsrlik karyerası boyunca çoxsaylı məşhur filmlərdə baş rolda oynayıb.
Ləman,
Mia.az