Xələf Xələfov: "Azərbaycan Mərakezlə əməkdazlığı genizləndirmək niyyətindədir"
Azərbaycan müxtəlif sahələrdə Mərakeşlə əməkdaşlığı genişləndirmək niyyətindədir, - Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının sədri Əbdülvahed Radinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bəyan edib. Bu barədə MİA-ya XİN mətbuat xidmətindən məlumat verilib yaydığı məlumatda deyilir.
X.Xələfov, eyni zamanda, ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün hər iki ölkədə geniş potensialın mövcudluğunu bildirib.
Tərəflər, həmçinin, əməkdaşlığın genişlənməsi üçün müştərək hökumətlərarası iqtisadi komissiyanın ilk iclasının keçirilməsinin vacibliyini, enerji sahəsində əməkdaşlığın mümkünlüyünü vurğulayıblar.
Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahed Radi sentyabrın 24-27-dək Azərbaycanda səfərdə olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50