Parlament seçkiləri ilə bağlı bu günə qədər 1153 nəfərin namizədliyi Dairə Seçki Komissiyaları tərəfindən təsdiq olunub. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, onların 1092-si seçki komissiyalarından imza vərəqələri alıb, 200 nəfəri imza vərəqələrini geri qaytarıb. Onlardan isə artıq 54-nün namizədliyi qeydə alınıb.