Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev parlament seçkilərində iştirak etmək üçün 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, H.Hacıyev sənədlərini sentyabrın 25-də Dairə Seçki Komissiyasına təqdim edib. Qeyd edək ki, AXCP sədri Əli Kərimli də bu dairədən deputatlığa namızəddir.