İstanbul polisi barəsində 3 və daha çox həbs qərarı çıxarılmış şəxslərin yaxalanması üçün şəhərdə böyük əməliyyata başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, əməliyyata 3 min heyət və 6 min əməkdaş qatılıb:

"Gecə saat 2 radələrində birbaşa şəhər polis rəisi Mustafa Çalışkanın rəhbərliyi ilə 2 min ünvanda əməliyyat keçirilib. İstanbulun 39 bölgəsində həyata keçirilən əməliyyatla xeyli sayda şəxs saxlanılıb".

Mia.az