Milli Məclisin sədr müavini Bahar Muradovanın sələhiyyətli nümayəndələri imzatoplama kampaniyasını başa vuraraq sənədləri DSK-ya təqdim edib. MSK-nın Seçkilər İnformasiya Mərkəzindən MİA-ya verilən məlumata görə, 84 Saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd olan B.Muradovanın namizəd kimi qeydə alınması üçün toplanan imzalar DSK-ya bu gün təqdim olunub. Qeyd edək ki, B.Muradova 2005-ci il paralemnt seçkilərində də bu dairədən deputat seçilib. Onun namizədliyini hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.