83 Saylı Ağcabədi-Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Milli Məclisin deputatı Aqil Abbas imzatoplama kampaniyasını başa vurub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə namizədin seçki qərargahından məlumat verilib. Namizədliyi özü tərəfindən irəli sürülən millət vəkilini seçki qərargahının üzvləri imza vərəqələrini sentyabrın 23-də DSK-ya təqdim ediblər.