Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG-nin işğalı altında olan Menbiçlə bağlı gərginliyin aradan qaldırılması üçün ABŞ-a yenidən çağırış edib.

Mia.az xəbər verir ki, nazir terror qruplaşması mütlıq Menbişdən çıxmalıdır: "YPG Menbiçdən çıxarılmalıdır. Bundan sonra bu şəhərdən qovulan əhali geri qaytarılmalıdır. Daha sonra isə bu şəhərin idarə olunması, təhlükəsizliyi ilə bağlı məsələlər əhalinin etnik tərkibinə görə müəyyənləşməlidir. Bunun üçünsə, əsas faktor Menbişin əhalinin sayı və tərkibi müharibədən əvvəlki statistika olmalıdır".

Xatırladaq ki, Ərdoğan Afrika səfərində ABŞ dövlət katibi Tillersonun Ankaraya Menbişlə bağlı təklifini açıqlamışdı: "Tillerson dedi ki, şəhərin bir hissəsi bizim, digər hissəsi isə Türkiyənin nəzarətində olsun. Yəni bir hissənin hıəm də təhlükəsizliyini biz, digər hissəsini onlar qorusun. Dedim nə siz, nə biz deyil, Menbiç yerli əhalinin olsun, biz isə oranın təhlükəsizliyinə birgə zəmanət verək".

İndisə Çavuşoğlunun bu açıqlamasından sonra Ankaranın Tillersonun təklifini hər keçən gün daha önə çıxması kmi yozanlar var.

Mia.az