"Rusiya sanksiyaların öhdəsindən asanlıqla gəlir".

Bu sözləri ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts deyib.

O bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya Qərblə əlaqələri genişləndirir.

Koutsun fikrincə, bu il Rusiya ABŞ-a qarşı daha dağıdıcı kiberəməliyyatlar həyata keçirəcək.

Onun sözlərinə görə, Vladimir Putinin yeni prezidentlik dövründə Rusiya aqressiv və işğalçı xarici siyasətini davam etdirəcək/Teleqraf.com.