Mart ayının ortalarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri gözlənilir.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib.  

Nazir Azərbaycan, İran, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək məqsədilə Bakıya gələcək. 

 Məlumata görə, səfər 14-15 mart tarixlərində planlaşdırılır.  

Qeyd edək ki, M.C.Zərif azərbaycanlı və türkiyəli həmkarları ilə birgə 2017-ci ilin dekabrında Bakıda üçtərəfli iclasda iştirak etmişdi.