Azərbaycan və ABŞ prezidentləri görüzdülər
Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 24-də Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşüb. Amma jurnalistlərə görüşdən yalnız bir neçə dəqiqəlik foto çəkməyə imkan verilib.
Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyms Cons, ABŞ-ın BMT-dəki səfiri Süzan Rays, Ağ Evin məsləhətçisi Valeri Carrett iştirak edib. Görüşdən sonra prezidentlər heç bir açıqlama verməyiblər.
Bundan əvvəl ABŞ rəsmiləri bildirmişdilər ki, Barak Obama ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında vacib tərəfdaş olan Azərbaycanın dövlət başçısı ilə bu istiqamətdə müzakirələr aparacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50