Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun mətbuat xidmətindən MİA-ya daxil məlumata görə, Baş nazir, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb. Müşahidə Şurası təqdim olunmuş Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunmasını qərara alıb.