Türkiyə ordusu Afrində Raco bölgə mərkəzinə bağlı olan daha bir kəndi ələ keçirib.

Mia.az Türkiyə mətbuatına istinadən  istinadən xəbər verir ki,  hazırda bölgədə mina təmizlənməsini həyata keçirən Türkiyə ordusu eyni zamanda PYD terrorçularına qarşı əməliyyatı da planlandığı formada davam etdirir.

Bu gün Türk ordusu Azad Suriya Ordusu ilə birlikdə Racu bölgəsinin şərqində yerləşən Hacı Xəlil kəndini də YPG/PKK-DEAŞ-dən azad edib: "Bununla da Afrində 2-si bölgə mərkəzi, 98-i kənd, 6-sı müvəqqəti məskunlaşma düşərgəsi, 21-i strateji dağ və yüksəklik, YPG/PKK-ya aid bir hərbi baza olmaq üzrə, 128 hədəf ələ keçirilib".

Mia.az