Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə çox strateji ərazi olan Racu bölgə mərkəzini ilə yanaşı, Ramadiyyə və Hamilek kəndlərini də terrorçularından azad edib:
"Bundan başqa bir neçə strateji təpəlik də terrorçulardan təmizlənib. Xeyli terrorçu məhv edilib, türk ordusunun qarşısında duruş gətirə bilməyən bir çox terrorçular isə Afrinin mərkəzinə doğru geri qaçıblar. Hazırda Türk ordusu ərazidəki minaları təmizləyərək, addım-addım mərkəzə doğru irəliləyir".
Son məlumata görə, Afrində bugünədək 2434 terrorçu məhv edilib.
Mia.az