?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin məlumatına görə, avqustda avtomobil bazarında orta qiymət əvvəlki ayla müqayisədə 1,1% azalaraq 15150 dollardan 14985 dollara enib. Birlikdən verilən məlumata görə, torpaq sahələrində qiymət sabitliyi müşahidə olunub. 1 sot torpağın orta qiyməti 14136 ABŞ dollarından 14132 dollara enib. Ən bahalı torpaq sahəsi (sotu 250 min dollar) Nəsimi rayonunda (Kubinka), ən ucuz torpaq sahəsi isə (sotu 350 dollar) Abşeron rayonunda (Pirəkəşkül qəsəbəsi) qeydə alınıb.