Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin seçki qərargahının üzvləri imzatoplama kampaniyasını başa vurub. MİA-nın xəbərinə görə, artıq qərargah nümayəndələri imza vərəqələrini Z.Səmədzadənin namizədliyi irəli sürülən 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsinə təqdim ediblər. Qeyd edək ki, Z.Səmədzadənin namizədliyi özü tərəfindən irəli sürülüb. YAP o dairədən Zəfər Qurbanovun namizədliyini irəli sürüb.