Bu gün Türkiyə kubokunda yarımfinalında "Beşiktaş" "Fənərbağça" ilə ilk oyuna çıxıb.

Mia.az xəbər verir ki, oyun həddən artıq gərgin atmosferdə keçib.

Görüşdə hesab 14-cü dəqiqədə Neqredo hesabı açsa da, bundan 3 dəqiqə sonra İspaniyalı Soldado hesaba tarazlıq gətirib - 1-1.

 44-cü dəqiqədə "Fənərbağça"lı Alper Potuku hakim oyundan qovub. Bundan 1 dəqiqə sonra isə Şənər Özbayraqlı "Fənər"i önə çıxarıb - 1:2.

Fasilədə meydana daxil olan portuqlaiyalı Rikardo Kuarejma cəmi 6 dəqiqə sonra meydan qovulub. O, rəqib Josef de Souzanı vurub. 

76-cı dəqiqədə isə Volkan Demirəl də qırmızı vərəqə ilə cazalandırılıb. 

82-ci dəqiqədə isə Taliska hesabə bərabərləşdirib - 2:2.

 Bununla da hansı komandanın finala çıxacağı cavab qarşılaşmasında həll olunacaq: