“Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deghati görüş həyata keçirilib.

Mia.az xəbər verir ki, Reza Deghati 20 yanvar hadisələrini o cümlədən də Xocalı soyqırımının şahidlərini eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib.

24 Fevral 2023-cü il tarixində həyata keçirilən görüşdə Reza Deghati gənclərə faciə zamanı çəkdiyi fotoları təqdim etdi və şahidi olduğu hadisələrdən danışıb.

Görüş interaktiv şəkildə həyata keçirilib.

Ləman,

Mia.az