Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədovun namizədliyi qeydə alınıb. MSK-nın Seçkilər İnformasiya Mərkəzindən MİA-ya daxil olan məlumata görə, 19 Saylı Nərimanov Birinci Seçki Dairəsindən deputatlığa namizəd Ə.Əhmədovun namizədliyi dünən qeydə alınıb. Qeyd edək ki, Əli Əhmədov YAP-ın rəsmi namizədlər siyahısında yer alıb.