Türkiyə ordusu Afrində son gündə 101 PYD terrorçusunu məhv edib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Qərargahı rəsmi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə bu gecədən etibarın, 101 PYD/YPG terrorçusu əməliyyatla məhv edilib: "Bununla da 39 gün ərzində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 2184 terrorçusu zərərsizləşdirilib, 60-dan çox terrorçu sağ ələ keçirilib".
Məlumatda o da qeyd edilib ki, bu gündək 105 kənd və qəsəbə terrorçulardan təmizlənib.
Mia.az