Türkiyədə kürdlərin partiyası kimi tanınan  HPD-nin Muş və Şanlıurfadan seçilmiş daha iki deputatının mandatına xitam verilib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ahmet Yıldırımın Türkiyə prezidentini təhqiretmə,  İbrahim Ayxanın isə PKK terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə barələrində məhkəmə qərarı olub. Bunu nəzərə alan Türkiyə Böyük Millət Məclisi (TBMM) hər iki deputatın mandatını ləğv edib.

Mia.az