ABŞ BMT Təhlükəsizlik Şurasında İranla bağlı layihəyə veto qoyan Rusiyanı təhdid edib.
Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb: "Rusiya İranın əməllərini gizlətməkdə davam edərsə, ABŞ və müttəfiqləri Moskvanın əngəl törədə bilməyəcəyi tədbirlərə əl atacaq”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İngiltərənin hazırladığı və ABŞ-ın dəstək verdiyi layihədə Yəməndə husilərə raket və silah satışı qadağasını pozmaqda ittiham olunan İranın qınanması tələb edilib.
Layihəyə Rusiya veto qoyub. Çin və Qazaxıstan isə səsvermə hüququndan istifadə etməyib/Teleqraf.com