Tanınmış din xadimi, keçmiş siyasi məhbus Hacı İlqar İbrahimoğlu 07.11.2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə millət vəkili, Ümid Partiyasının sədri, Qarabağ bloku tərəfindən, 35-ci Xətai III seçki dairəsindən namizədliyi irəli sürülmüş İqbal Ağa-zadəni dəstəkləyəcək. Patrtiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, din xadimi İqbal Ağa-zadənin vəkili də olacaq. İqbal Ağa-zadənin qələbəsi üçün Hacı İlqar İbrahimoğlu seçicilər və dindarlar arasındakı nüfuzundan istifadə edəcək, onlara müraciət ünvanlayacaq, təbliğat kompaniyasında iştirak edəcək.