?Qarabag? Seçki Blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən vahid namizədi Qorxmaz İbrahimli artıq imza vərəqələrini götürüb. MIA-nın məlumatına görə, Qorxmaz İbrahimlinin seçki qərargahının üzvləri artıq imza toplamaq kampaniyasına başlayıb. Qorxmaz İbrahimli 1965-ci ildə Naxçıvanın Şahbuz rayonunda dogulub. Bakı Dövlət Univeristetini bitirib. Milli azadlıq hərakatının öncüllərindən və tələbə hərakatının liderlərindən biri olub. ?Yurd? ictimai birliyinin yaradıcılarından və rəhbərlərindən olub. 1992-1993-cü illərdə Prezident Aparatında məsul vəzifədə çalışıb. Bir müddət biznes fəaliyyəti ilə məşğul olub. 2008-ci ildə yaradılan Aydınlar Partiyasının təsisçilərindən biridir. Hazırda Aydınlar Partiyası sədrinin birinci müavinidir.