?Bank Standard? Azərbaycanda ilk dəfə ?Keyfiyyət düyməsi? sistemini tətbiq edib. Xidmət keyfiyyətinin müştərilər tərəfindən qiymətləndirilməsinə imkan verən müasir sistem ilkin mərhələdə Baş ofisin və ?Arena? filialının əməliyyat zallarında quraşdırılmışdır. ?Keyfiyyət düyməsi? vasitəsilə müştərilər onlara bankda göstərilən xidmətə qiymət verib həmin xidmətin keyfiyyətinə nəzarət prosesində bilavasitə iştirak edəcəklər. Yaxın zamanda sistem ?Bank Standard?ın digər filialarında da tətbiq olunacaq. İki düyməli kiçik paneldən ibarət olan ?keyfiyyət düyməsi? hər əməliyyatçının qarşısında masa üzərində quraşdırılmışdır. Panel üzərindəki yaşıl və ya qırmızı düyməni seçməklə müştəri ona xidmət göstərən bank əməkdaşının işinə müvafiq olaraq müsbət və ya mənfi qiymət verə bilər. Qiymətləndirmənin nəticələrinə əsasən əməliyyatçıların reytinqi tərtib edilib filialın direktoruna, habelə bankın rəhbərliyinə təqdim olunacaq. ?Bank Standard?ın pərakəndə biznes departamenti tərəfindən tərtib olunmuş stimullaşdırma sisteminin tərkib hissəsi kimi bu yenilik bankda xidmət səviyyəsini yüksəltməyə və onun keyfiyyətinə daha obyektiv nəzarəti təmin etməyə yönəldilmişdir.