PYD terror qruplaşması Hələbin mərkəzində nəzarət etdiyi mövqeləri Bəşər Əsəd rejiminə təhvil verib.

Axar.az xəbər verir ki, bu addımın PYD-YPG-Əsəd ittifaqının Afrinlə bağlı razılığı əsasında atıldığı iddia edilib.

Məlumata görə, Hələbdə nəzarəti Əsəd rejiminə təhvil verən PYD terrorçuları Afrin istiqamətində yola düşüb.

Qeyd edək ki, YPG-PYD terror qruplaşmalarının Afrinlə bağlı Əsəd rejimi ilə razılıq əldə etdiyi, bu razılıq əsasında Suriya ordusunun Afrinə daxil olacağı bildirilmişdi.