Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə bu gün səhər Afrində daha 5 kənd  PYD və YPG terrorçularından təmizləyib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da azad edilən yaşayış məntəqələrinin sayı 75-ə çatıb: "Afrin bölgə mərkəzinə gedən strateji yüksəkliklərin çoxu da  terrorçulardan azad edilib.  Hazırda PYD/YPG-dən azad edilən yeraltı tunellərinin minalardan təmizlənməsi davam edir".

Onu da qeyd edək ki, Afrində 360-a yaxın yaşayış məntəqəsi var.

Mia.az