Prezident İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb. Dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, balıqartırma sahələrində çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılır. Sərəncamın 2-ci bəndində Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.