Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az-ın məlumatına görə, prezidentlər Suriyanın Afrin və İdlib bölgələrində yaranmış durumu müzakirə ediblər.

Xatırladaq ki, kürd qrupları və Bəşər Əsəd hökuməti arasında Suriya ordusunun Afrinə daxil olması barədə razılıq əldə olunub.