Müasir Müsavat Partiyası imzatoplama kampaniyasına start verdi.
Bu barədə MMP Mətbuat Xidmətindən bildirilib.
Məluatda bildirilib ki, fevralın 18-də imza vərəqələrini MSK-dan prezidentliyə namizəd MMP sədri Hafiz Hacıyevin səlahiyyətli nümayəndəsi Könül İsmayılova götürüb.
İmza vərəqələri bu gün partiyanın Regional Seçki Qərargahlarına (RSQ) göndəriləcək.