Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin deputatlığa namizədliyi irəli sürülüb. MİA-nın xəbərinə görə, bu gün ALDP sədrinin səlahiyyətli nümayəndələri 18 saylı Nərimanov-Nizami Dairə Seçki Komissiyasına (DSK) təqdim ediblər. Partiya sədrinin namizədliyi ALDP Rəyasət Heyətinin tərəfindən irəli sürülüb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq DSK ən geci 5 gün müddətinə sənədləri araşdırıb partiya sədrinə imza vərəqələri verəcək.