"Qarabağ" Seçki Blokunun vahid namızədi, Aydınlar Partiyasının sədr müavini, tanınmış iqtisadçı Qadir İbrahimli 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyini irəli sürüb. Artıq namizədə imza vərəqələri də verilib. Bu barədə MİA-ya Q.İbrahimlinin Seçki qərargahından məlumat verilib. Verilən məlumata görə, yaxın günlərdə lazım olan imzalar toplanıb DSK-ya təqdi olunacaq. Məlumat üçün onu da bildirək ki, həmin dairədə Q.İbrahimlinin rəqibi YAP-ın siyahısında yer alan Hadı Rəcəblidir.