Türkiyə ordusu bu gün Afrində daha 4 kəndi PYD-dən azad edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyatla Afrinin Karri, Şerbanlı, Şeyda və Duraklı kəndləri PKK/PYD/YPG-li terrorçulardan təmizlənib: "Bununla da, əməliyyatlar başlandığı gündən bu yana azad edilən məntəqələrin sayı 58-ə çatıb. Əməliyyat planlandığı kimi davam edir".

Onu da qeyd edək ki, Afrində irili-xırdalı 360-a yaxın kənd var.

Mia.az