Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin məbləği 2,7 milyard manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,8 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 1212,1 milyon manatı (44,6 faiz) milli, 1504,2 milyon manatı (55,4 faizi) xarici valyuta şəklində qoyulmuş və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 71,2 və 16,4 faiz artmışdır. Həmin vəsaitlərin 76,8 faizi (2,1 milyard manatı) özəl banklara qoyulmuş əmanətlərin payına düşmüşdür.