Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə gedəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazir  fevralın 16-17-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. 

E.Məmmədyarovun konfransında çıxış etməsi və bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.