Ağ ev Azərbaycan və Birləşmiş Ştatların prezidentləri İlham Əliyev və Barak Obamanın görüşü barədə məlumat yayıb. Ağ evin rəsmi saytında yayılan məlumata görə, görüş cümə günü, sentyabrın 24-də Nyu-Yorkda baş tutacaq. Milli təhlükəsizlik üzrə müşavirin müavini Ben Rodes Vaşinqtonda jurnalistlərə bildirib ki, prezident Barak Obama cümə günü bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək: "Səhər Birləşmiş Ştatların bir çox məsələlər, o cümlədən Əfqanıstanda bizim səylərimiz üzrə əsas tərəfdaşımız olan Azərbaycan prezidenti ilə görüş planlaşdırılır". Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində baş tutacaq.