Elmar Məmmədyarov BMT Baz Assambleyasının 65-ci sessiyasında iztirak edəcək
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ştatlara səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun verdiyi məlumata görə, səfərdə məqsəd BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 65-ci sessiyasında iştirak etməkdir.
Elmar Məmmədyarovun Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri və ermənistanlı həmkarı Edvard Nalbandyanla da görüşünün nəzərdə tutulduğu bildirilir.
Lakin Elxan Poluxov ANS PRESS-ə açıqlamasında sözügedən görüşlərin səfər proqramında olmadığını, daha doğrusu proqramın hələ təsdiq olunmadığını deyib.
Sessiyanın açılış iclası sentyabrın 23-də keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50