Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. MİA-nın məlumatına görə, Divanda partiyanın Mərkəzi Seçki Komissiyasına nümayəndə göndərməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılacağı bildirilsə də, bu məsələ gündəmə gətirilməyib. Partiya Məclisinin sədri Sülhəddin Əkbər bildirib ki, sentyabrın 30-da Milli Məclisin növbəti iclasının keçirilməsi planlaşdırılıb. Buna görə də partiya MSK-ya nümayəndə göndərmək məsələsini ola bilsin ki, növbəti Divanın iclasında müzakirəyə çıxarsın. İclasda həmçinin partiyanın parlament seçkilərinə hazırlıq işləri, AXCP Müsavat seçki blokunun digər dairələrdə də namizədlərinin razılaşdırılması məsələləri müzakirə edilib.