Rusiyanın Kalinqrad vilayətinə yeni "İsgəndər" reketləri yerləşdirməsi Vaşinqtonu narahat edib.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conn Mişel Kalinqrada yerləşdirilən "S-400" və yeni, daha güclü "S-500" raket komplekslərinin iki dövlət arasında ikitərəfli müqaviləyə zidd olmadığını, lakin bunların Avropaya təhdid olduğunu bəyan edib: "Rusiyanın bu addımı qonşu ölkələrlə böhranı artıracaq".
Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Yuri Svıtkin isə ABŞ-ın mövqeyinə sərt reaksiya verib: "Rusiya vacib bildiyi bölgələrə silah yerləşdirməyə davam edəcək. "İsgəndər" raket sistemləri bizim dövlətimizin və müttəfiqlərimizin maraqlarını qoruyur. Biz bu və buna bənzər raketlərlə sərhədlərimizi gücləndirəcəyik. Bu, daha çox ABŞ-ın bizim torpaqlarımıza yaxın yerlərdə yeni sistemlər və hərbi bazalar quraraq pozmağa cəhd etdiyi balansı qorumaq üçün vacibdir. Bir sözlə, Rusiya istədyi ərazidə yeni raket sistemlərini tətbiq edəcək".
Mia.az